Ana səhifə Hadisə Qəza törədərək qaçan sürücü saxlanılıb
Ölçünü dəyiş

Qəza törədərək qaçan sürücü saxlanılıb

Hadisə
17 Avqust 2019, 05:41
4,888 görüntü
0
Paylaş:
Bakının Nəsimi rayonunda baş verən qəzada 1 nəfər yaralanıb.
 
Hadisə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib.
 
Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2114" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman qadın sürücünün idarə etdiyi "Infiniti" markalı avtomobilə çırpılıb.
 
Hadisə zamanı "VAZ 2114"-ün sürücüsü H.Məmmədov yaralanıb. Buna baxmayaraq, o, hadisə yerindən yayınıb.
 
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşları xəsarət alaraq qaçan sürücünü saxlayıb.
 
İdarədən verilən ilkin məlumata görə, sürücü sərxoş vəziyyətdə olub.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Kamil Əmirli
Şərhlər