Ana səhifə Kriminal Bakıda 4 nəfər bıçaqlanıb
Ölçünü dəyiş

Bakıda 4 nəfər bıçaqlanıb

Kriminal
26 İyul 2019, 05:23
302 görüntü
0
Paylaş:

Xətai rayonunda 4 nəfər bıçaqlanıb.

Rayonun Sarayeva 18 ünvanında yerləşən kafedə 4 nəfər yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb.

1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu, 1976-ci il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaqlanıb.

İlkin məlumata görə, əvvəlcə T.Həsənov yeyib-içdikdən sonra bıçaqla B.Fərhadov, V.Nurməmmədov və V.Məmmədova xəsarət yetirib. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı götürərək onu yaralayıb.

Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib. T.Həsənova üzün çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər