Ana səhifə İqtisadiyyat Yasamalda 827 mənzil ilin sonunadək satışa çıxarılacaq
Ölçünü dəyiş

Yasamalda 827 mənzil ilin sonunadək satışa çıxarılacaq

İqtisadiyyat
20 İyun 2019, 16:46
9,536 görüntü
0
Paylaş:

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin - Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi davam etdirilir.

Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Kompleksdə agentliyin sərəncamında olan 1458 mənzil “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Yasamal Yaşayış Kompleksində (11,6 hektar) qalan 827 mənzil isə bu ilin sonunadək satışa çıxarılacaq.

Şərhlər