Ana səhifə Hadisə Suraxanıda xəstəxana binasında yanğın olub
Ölçünü dəyiş

Suraxanıda xəstəxana binasında yanğın olub

Hadisə
16 Avqust 2019, 04:15
1,394 görüntü
0
Paylaş:
Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.
 
Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub. Alov qısa zamanda bir neçə palataya da keçib.
 
Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.
 
Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.
 
FHN-nin əraziyə cəlb olunmuş briqadasından Baku TV-yə bildirilib ki, ilkin ehtimallara görə, binanın damında yerləşən elektrik naqillərində qısaqapanma baş verib. Nəticədə yanğın başlayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Kamil Əmirli
Elşad Mətləboğlu
Şərhlər