Ana səhifə Hadisə Bakıda 2 maşın toqquşdu, sürücü yaralandı
Ölçünü dəyiş

Bakıda 2 maşın toqquşdu, sürücü yaralandı

Hadisə
09 Avqust 2019, 05:35
313 görüntü
0
Paylaş:
Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb.
 
Hadisə Nəsib bəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
 
Taksi fəaliyyəti ilə məşğul olan "Ravon" və "Range Rover" markalı minik avtomobilləri toqquşub.
 
İlkin məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət nömrə nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Bu zaman o, "Ravon"-la toqquşub.
 
Hadisə zamanı "Ravon"-un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Kamil Əmirli
Elşad Mətləboğlu
Şərhlər