Ana səhifə Hadisə 2 avtomobil toqquşdu, sürücü və sərnişin yaralandı
Ölçünü dəyiş

2 avtomobil toqquşdu, sürücü və sərnişin yaralandı

Hadisə
08 Avqust 2019, 04:52
337 görüntü
0
Paylaş:
Bakının Xətai rayonunda 2 avtomobil toqquşub, sürücü və sərnişin xəsarət alıb.
 
Küçə ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili piyada keçidində piyadaya yol vermək üçün nəqliyyat vasitəsini saxlayan zaman arxadan gələn və 1979-cu il təvəllüdlü Baloğlanov Bakir Şakir oğlunun idarə etdiyi digər “Mercedes” markalı maşın ona çırpılıb.
 
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri, 1977-ci il təvəllüdlü Əliyarov Taleh Zəbulla oğlu və hadisəni törədən avtomobilin sürücüsü xəsarət alıb.
 
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. T/Əliyarova qapalı kəllə-beyin travması, başın sıyrılmış-əzilmiş yarası, B.Baloğlanova isə döş qəfəsinin travması diaqnozu qoyulub.
 
Əraziyə DYP və təcili tibbi yardım briqadaları cəlb olunub.
 
İlkin ehtimala görə, hadisə baş verən ərazidəki işıq dirəklərinə elektrik verilişi olmadığından küçə qaranlıq olub. Arxadan yüksək sürətlə gələn nəqliyyat vasitəsi qarşıdakı avtomobili görməyib.
 
Bu səbəbdən də qəza baş verib.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Kamil Əmirli
Elşad Mətləboğlu
Şərhlər